...

"Akademik Xoşbəxt Yusifzadə" tankeri “Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə cəlb olunub (FOTO)

İqtisadiyyat Materials 20 Mart 2023 11:21 (UTC +04:00)
"Akademik Xoşbəxt Yusifzadə" tankeri “Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə cəlb olunub (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.

QSC-dən Trend-ə bildirilib ki, ilk partiyada tankerin anbarlarına ümumilikdə 6900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti