...

Beynəlxalq poçt və logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır

İqtisadiyyat Materials 27 Mart 2023 12:38 (UTC +04:00)
Beynəlxalq poçt və logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“DHL Global Forwarding” poçt və logistika şirkəti Azərbaycandakı nümayəndəliyini bağladığını elan edib.

Bu barədə bazar ertəsi Trend Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini 1100 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35c ünvanına bildirə bilərlər.

DHL dünyanın 220-dən çox ölkə və ərazisində fəaliyyət göstərir. DHL dünyanın aparıcı poçt və logistika şirkəti Deutsche Post DHL Group-un bir hissəsidir və DHL Express, DHL Parcel, DHL e-commerce, DHL Global Forwarding, DHL Freight və DHL Supply Chain biznes bölmələrini əhatə edir.

Xatırladaq ki, nizamnamə kapitalı 2 milyon 218 min 660 manat olan “DHL Global Forwarding Azerbaijan” şirkəti 2016-cı ildə qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti