Bakı. Trend:
2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 mlrd. 899,5 mln. manat təşkil edib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
Nazir bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 mlrd. 618 mln. manat olub.
"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - M.Cabbarov yazıb.