...

Bu il arıçılıq məhsullarının bol olacağı gözlənilir - Assosiasiya sədri

İqtisadiyyat Materials 18 Aprel 2023 16:40 (UTC +04:00)
Bu il arıçılıq məhsullarının bol olacağı gözlənilir - Assosiasiya sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il işğaldan azad edilən rayonlarda arıçılıqla məşğul olmaq istəyənlərin sayının ötən illə müqayisədə daha çox olacağını proqnozlaşdırırıq.

Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu il bal və digər arıçılıq məhsullarının daha çox olacağı gözlənilir:

"İşğaldan azad edilən torpaqlarımızda arıçılığın inkişafı üçün münbit şərait var. Bu yerlərdə arıçılıq sürətlə inkişaf etməkdədir. Gələcəkdə işğaldan azad olunan torpaqların hesabına daxili bal tələbatımızı ödəyə də bilərik. Azad edilən torpaqlarda süzülən balın "Qarabağlılar" brendi adı altında satışı daxili bazarda aparılır. Ancaq azad edilmiş torpaqlarda süzülmüş balı xarici bazarlara çıxartmaqda müəyyən çətinliklərimiz var. Bununla bağlı da müəyyən işlər görülür".

B.Həsrətov bildirib ki, hazırda Azərbaycan balı əsasən ərəb ölkələrinə ixrac olunur: "İl ərzində xarici ölkələrə ümumilikdə 3-5 ton arası bal ixrac olunur. Bir kiloqramın qiyməti 60 dollardır".

O, bu il ölkə üzrə arı ailələrinin sayında artım olduğunu diqqətə çatıdırıb.

"Bu da ölkənin bal tələbatını artıqlamasıyla ödəməyə bəs edir. Azərbaycanda bu il balın qiymətinin bahalaşacağı gözlənilmir", - deyə B.Həsrətov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti