...

Yeni nəsil kassa aparatları ilə dövriyyə 20 faizdən çox artıb

İqtisadiyyat Materials 15 May 2023 13:53 (UTC +04:00)
Yeni nəsil kassa aparatları ilə dövriyyə 20 faizdən çox artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək ölkə ərazisində 88.454 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-aprel ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti