...

Sərhəddən keçirilən mobil telefonların gömrük rəsmiləşdirilməsi necə olmalıdır? (VİDEO)

İqtisadiyyat Materials 16 Avqust 2023 17:27 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 15 fevralından etibarən xaricdən gələrkən şəxsi istifadə üçün mobil telefon gətirənlər onu qiymətinin 36%-ni ödəməklə gömrükdə bəyan etməli olurlar. Bu haqda qanunda müvafiq dəyişikliklər edilib. Bu vaxta qədər vətəndaşlar gətirdikləri telefonların yanlız IMEI nömrəsini qeydiyyatdan keçirirərək istifadə edə bilirdilər.

Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindan keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən, fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırıb ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmır.

Bütün bunlara baxmayaraq, xaricdən gələrkən şəxsi istifadə üçün mobil telefon gətirənlərin bəziləri qaydaları bilmədiklərindən müxtəlif problemlərlə üzləşirlər.

Trend Dövlət Gömrük Komitəsinə istinadən ölkə sərhədindən keçirilən mobil telefonların gömrük rəsmiləşdirilməsinə dair izahlı təqdimatı nəzərinizə çatdırır:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti