...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal dəyəri açıqlanıb

İqtisadiyyat Materials 24 Avqust 2023 18:36 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal dəyəri açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 262,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, məhsulların 3 milyard 411,4 milyon manatı heyvandarlıq, 3 milyard 851,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.

2023-cü ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə 327,0 min ton ət, 1305,8 min ton süd, 1305,1 milyon ədəd yumurta, 14,4 min ton yun, 356,6 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 12,0 faiz, barama istehsalı 5,1 faiz artmış, yun istehsalı isə 2,6 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti