...

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri azalıb

İqtisadiyyat Materials 1 Sentyabr 2023 10:40 (UTC +04:00)
Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1.2 milyard manatlıq əməliyyat aparıblar.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Məlumata görə, bu da illik müqayisədə 7.7% azdır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 1.3 milyard manat təşkil edib.

Təkcə bu ilin iyul ayında isə əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 2.2% artaraq 218.8 manata yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti