...

Rəşad Nəbiyev İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru ilə görüşüb

İqtisadiyyat Materials 6 Sentyabr 2023 10:14 (UTC +04:00)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə İKT və nəqliyyat sektorlarının inkişafı üçün ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsi, eləcə də, ICIEC-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupuna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti