...

SOCAR-ın prezidenti ICIEC-in baş icraçı direktoru ilə görüşüb (FOTO)

İqtisadiyyat Materials 6 Sentyabr 2023 17:51 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssi ilə görüşüb.

Şirkətdən Trend-ə bildiriblər ki, görüşdə Azərbaycan ilə İİB arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bu xüsusda ötən il ölkəmiz tərəfindən “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Təsis Müqaviləsi”nin təsdiq edildiyi məmnunluqla qeyd edilib.

Görüş çərçivəsində SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri, şirkətin uzunmüddətli korporativ strategiyası, bu istiqamətdə görülən işlər və gələcək hədəflər barədə məlumat verilib.

Tərəflər enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti