...

Azərbaycanda aqrar sənaye məhsullarının ixracı artıb

İqtisadiyyat Materials 2 Oktyabr 2023 07:08 (UTC +04:00)
Azərbaycanda aqrar sənaye məhsullarının ixracı artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 faiz artaraq 593,9 milyon ABŞ dollarına çatıb.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti