...

Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

İqtisadiyyat Materials 14 Oktyabr 2023 11:49 (UTC +04:00)
Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri məlum olub.

Trend xbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti