...

Bəzi qanunvecilik aktlarında dəyişiklik olacaq - Hesablama Palatasının sədri

İqtisadiyyat Materials 1 Dekabr 2023 10:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Satınalmalarla bağlı köhnə qanunun qüvvədə olduğu 20 il müddətində bu sahədə olan problemlərlə kifayət qədər məşğul ola bildik.

Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbirdə deyib.

Sədr bildirib ki, qanun xof və ya problem üçün deyil, problemin həlli üçündür.

"Əgər hər hansı hüquqi aktın tətbiqində problem varsa və onu həyata keçirmək qurum üçüm problem yaradırsa, bu qanuna yenidən baxılmalıdır", - deyə V.Gülməmmədov deyib.

O qeyd edib ki, Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirir.

Onun sözlərinə görə, Hesablama Palatası dövlət satılalmalarının auditi üzrə təlimat üzərində işləyir və artıq təlimat yekunlaşmaq üzrədir.

V.Gülməmmədov bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yeni qanunun tətbiqi ilə bağlı bəzi qanunvecilik aktlarında dəyişiklik olacaq:

"Bunlar bitdikdən sonra biz təlimatı yekunlaşdıracağıq. Təlimatın məqsədi Palatanın funksional vəzifəsi ilə bağlı işləri həyata keçirməkdir".

Xəbər lenti

Xəbər lenti