...

Təbii inhisar subyektlərinin siyahısı hazırlanacaq

İqtisadiyyat Materials 23 Yanvar 2024 17:27 (UTC +04:00)
Təbii inhisar subyektlərinin siyahısı hazırlanacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Təbii inhisar subyektlərinin siyahısı hazırlanacaq.

Trend-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmanda əksini tapıb.

Nazirlər Kabineti 4 ay müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqlənməlidir.

Bu müddət ərzində təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının forması və təqdim edilmə qaydası da Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti