Bakı. Trend:
Türkiyə Böyük Mİllət Məclisi ( TBMM) millət vəkilləri, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan ofisini ziyarət edib.
Trend-in məlumatına görə, millət vəkilləri Emre Çalışkan (AK Parti Nevşehir Millət vəkili) , Zeki Korkutata (Ak Parti Bingöl Millət vəkili) və Oğuzhan Kaya (Ak Parti Çorum Millət vəkili), ilə görüşdə, MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli, sədr müavini Sait Yinanç, idarə heyətinin üzvü Hüseyin Yapar, Alim Şentürk, Gənc MÜSİAD İdarə heyəti üzvü iştirak edib.
Rəşad Cabirli qeyd edib ki, MÜSİAD Azərbaycanın əsas fəaliyyəti Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrin və qarşılıqlı investisiya hədəflərinin artırılması istiqamətindədir.
““Bir millət, iki dövlət” prinsipi olan Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməlidir.Ümumilikdə, hər zaman yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri Qarabağın işğaldan azad edilməsindən sonra daha da inkişaf edib”-deyə o bildirib.
Görüş zamanı Nevşehirli investorların Azərbaycana səfərlərinin artırılması məsələsi dəmüzakirə olunub.
Qeyd olunub ki , bu Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və ticari dövriyyəsinin artmasına töhfə verəcəyini bildirib.