...

İranın Azərbaycandan məhsul idxalı artıb

İqtisadiyyat Materials 9 Aprel 2024 14:58 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın Azərbaycandan məhsul idxalı öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə dəyər baxımından 39%, çəki baxımından 7,5% artıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, ötən İran ilində İranın Azərbaycandan məhsul idxalı 47,2 milyon dollar dəyərində təxminən 20,4 min ton təşkil edib.

Statistikada bildirilir ki, öncəki ildə İranın Azərbaycandan məhsul idxalı təxminən 34 milyon dollar dəyərində təxminən 19 min ton təşkil edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.

Statistikada əlavə olunur ki, ötən İran ilinin 12-ci ayında (20 fevral -19 mart 2024) İran Azərbaycandan 5,31 milyon dollar dəyərində 3,03 min ton məhsul idxal edib.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində İrana məhsul idxalı təxminən 66,3 milyard dollar dəyərində 39 milyon ton təşkil edib. Məhsul idxalı öncəki illə müqayisədə dəyər baxımından 9,77%, çəki baxımından 4,39% artıb.

Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların ölkəyə idxalına müəyyən məhdudiyyətlər tətbiq edir.

Xəbər lenti

Xəbər lenti