...

Banklar Assosiasiyası və Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlığa dair memorandum imzalanıb (FOTO)

İqtisadiyyat Materials 31 May 2024 16:15 (UTC +04:00)
Banklar Assosiasiyası və Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlığa dair memorandum imzalanıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Trend xəbər verir ki, memorandum Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev tərəfindən imzalanıb.

Memorandum ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının əsası 1990-cı ildə kommersiya bankları tərəfindən qoyulub. Assosiasiyasının əsas məqsədi üzv təşkilatları təmsil etmək, müxtəlif növ biznes xidmətlərinə olan ehtiyaclarını qarşılmaqda onlara dəstək göstərmək və fəaliyyətini əlaqələndirməkdir. Hazırda 23 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti