Bakı. Trend:
Dünya birjalarında neft bahalaşıb.
Trend xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,42 dollar artaraq 81,55 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,34 dollar artaraq 77,5 dollar təşkil edib.