...

Azərbaycanda dövlət qurumlarının, müəssisələrin və təşkilatların gəlirləri artıb

İqtisadiyyat Materials 12 Sentyabr 2024 12:26 (UTC +04:00)
Azərbaycanda dövlət qurumlarının, müəssisələrin və təşkilatların gəlirləri artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı. Trend:

Cari ilin 1-ci yarısında Azərbaycanda dövlət qurumları, müəssisələr və təşkilatlar qiymətli kağızlar bazarında 491 milyon ABŞ dollar məbləğində qazanc əldə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin direktoru Samir Nəsirov media-brifinq zamanı məlumat verib.

"Cari ilin 1-ci yarısında Azərbaycanda dövlət qurumları, müəssisələr və təşkilatlar qiymətli kağızlar bazarında 491 milyon ABŞ dollar məbləğində qazanc əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artım təşkil edir", - o vurğulayıb.

Onun sözlərinə görə, bu ilin 1-ci yarısında Azərbaycanın dövlət qurumlarının, müəssisələrin və təşkilatların portfel investisiyaları 610 milyon ABŞ dolları təşkil edib.

"Təşkilatlar sərbəst vəsaitlərini yerli və xarici qiymətli kağızlara yatırırlar ki, bu da ölkə üçün gələcəkdə əlavə gəlir deməkdir. Hesabat dövründə dövlət qurumları, müəssisələr və təşkilatlar xarici borc öhdəliklərini yerinə yetirmək üçün 700 milyon dollar ayırıblar. Hesabat dövründə ölkənin ümumi öhdəlikləri 1,3 milyard ABŞ dolları azalıb", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti