...

İqlim dəyişmələri BƏƏ konsensusunun həyata keçirilməsi üçün maliyyə ayırmalarını təmin etməlidir -Sultan Əl Caber

İqtisadiyyat Materials 10 Oktyabr 2024 10:53 (UTC +04:00)
İqlim dəyişmələri BƏƏ konsensusunun həyata keçirilməsi üçün maliyyə ayırmalarını təmin etməlidir -Sultan Əl Caber
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

COP29-da iqlim dəyişmələri ilə mübarizə üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi BƏƏ konsensusunun həyata keçirilməsi üçün, hamının üzləşdiyi çağırışların miqyasına uyğun olaraq, maliyyə ayırmalarını təmin etməlidir.

Trend xəbər verir ki, bu barədə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri və Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş icraçı direktoru Sultan Əl Caber Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) zamanı çıxışında deyib.

"Biz maliyyə ayırmalarını iqlim dəyişmələrinə qarşı dayanıqlığı artırmaq və onun təsirlərindən bərpa olmaq üçün ən həssas təbəqələrə təmin etməliyik. Və əvvəlki öhdəliklər yerinə yetirilməlidir", - o vurğulayıb.

Onun sözlərinə görə, dünyaya həm yüngülləşdirmə, həm də uyğunlaşma üçün sərmayələri stimullaşdıracaq yüksək etibarlı karbon bazarları lazımdır.

"Biz daha gecikmələrə yol verə bilmirik. Yüngülləşdirmə və uyğunlaşma söz açıldığında, biz onları bərabər olaraq nəzərdən keçirməliyik. Tərəflər uyğunlaşmanın 2 dəfə artırılması, maliyyələşdirmə və tam maliyyələşdirilən strategiyaların öz milli uyğunlaşma planlarına daxil edilməsi məqsədinə nail olmalıdırlar", - o əlavə edib.

Qeyd edək ki, Pre-COP adətən COP-dan bir ay əvvəl keçirilir və Paris İqlim Sazişinin iştirakçılarının iqlim dəyişmələrinə qarşı mübarizə üzrə əsas məsələlərdə mövqelərini dəqiqləşdirmək məqsədi daşıyır.

10-11 oktyabr tarixlərində Bakıda "Ambisiyaların artırılması və fəaliyyətin təmin edilməsi" devizi altında Pre-COP29 keçirilir.

Onun açılış mərasimində 10 oktyabrda COP29-un müəyyən edilmiş Prezident, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP28-in prezidenti, BƏƏ-nin iqlim dəyişmələri üzrə xüsusi elçisi və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl Caber çıxış edəcəklər.

Həmçinin, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, UNFCCC-nin icraçı katibi Saymon Stil və digər rəsmi şəxslərin də çıxışları gözlənilir.

Xəbər lenti

Xəbər lenti