...

Gürcüstanın Azad ticarət sazişlərinin sayı artır - İqtisadiyyat nazirinin müavini

İqtisadiyyat Materials 10 Oktyabr 2024 12:53 (UTC +04:00)
Gürcüstanın Azad ticarət sazişlərinin sayı artır - İqtisadiyyat nazirinin müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Azad ticarət sazişlərinin bağlandığı ölkələrin sayını daim artırır.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat nazirinin müavini İrakli Nadareishvili Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Gürcüstan 3,7 milyon nəfərlik əhalisi olan kiçik bir ölkədir, bu isə investisiya cəlbediciliyi baxımından zəif cəhət hesab olunur. Lakin, biz digər ölkələrlə imzaladığımız Azad ticarət sazişlərinin ekosisteminin daim genişlənməsi sayəsində bu çatışmazlığı kompensasiya etməyi bacarmışıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan, ümumilikdə 2,3 milyard insanın yaşadığı dövlətlərlə tarifsiz ticarət edir.

“Gürcüstan illərdir ki, biznes və investisiyalar üçün əlverişli şərait yaratmağa hədəflidir. Keçən həftə Dünya Bankı, hazırda "Business Ready" adlandırılan, yeni biznes mühiti reytinqini dərc etdi və biz Estoniya və Sinqapur ilə yanaşı, ilk üçlükdə yer aldıq. Bu indeks işə başlama şərtləri, dövlət xidmətləri, vergi siyasəti, mübahisələrin həlli və bazarda rəqabət kimi bir çox aspektləri qiymətləndirir. Kriteriyaların çətinliyinə baxmayaraq, biz kiçik bir ölkə olaraq reytinqin ən yüksək pillələrindən birini tutmağı bacardıq”, - İrakli Nadareishvili əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti