...

Bakıda “PAŞA Holding”in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti keçirilib (ƏLAVƏ EDİLİB) (FOTO)

İqtisadiyyat Materials 11 Oktyabr 2024 18:57 (UTC +04:00)
Bakıda “PAŞA Holding”in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti keçirilib (ƏLAVƏ EDİLİB) (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammiti keçirilib.

Trend xəbər verir ki, bu illik sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq olub.

Bu gün “INMerge” İnnovasiya Sammitində “YouTube”-un həmtəsisçisi Stiv Çen, “Amazon”-un vitse-prezidenti və texniki direktoru Verner Vogels, “PASHA Holding”-in icraçı direktoru Cəlal Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədri İnarə Vəliyeva, “Avito”-nun keçmiş baş direktoru Vladimir Pravdivıy da təsdiqlənmiş spikerlər arasında yer alıb. Onlara "Paradox Strategies" və "InnovationForce"un təsisçisi, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev çıxış ediblər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədri İnarə Vəliyeva Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib ki, hazırda Azərbaycanda qeyri-hökumət təşkilatlarının "Rəqəmsal sənəd dövriyyəsi" (RSD) sisteminə qoşulması üçün işlər aparılır.

"Rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində aylıq 500 mindən çox kağız qənaət olunur ki, bu da ildə təxminən 2 min ağacın qorunmasına imkan verir. Artıq 1700-dən çox dövlət müəssisəsi bu sistemə qoşulub ki, bu da kağız istifadəsini əhəmiyyətli dərəcədə azaldıb və sənəd mübadiləsinin səmərəliliyini artırıb. Hazırda qeyri-hökumət təşkilatlarının da "Rəqəmsal sənəd dövriyyəsi" (RSD) sisteminə qoşulması üzrə işlər aparılır", - o bildirib.

Verizon şirkətinin analitika və məlumatlar şöbəsinin rəhbəri Ansar Kassim isə Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində bildirib ki, süni intellekt yeni sahələrin və gələcək peşələrinin yaranmasına kömək edir.

"Gələcəkdə süni intellektə əsaslanan yeni sahələr yaranacaq, necə ki, bir zamanlar elektrik əsasında yeni sahələr ortaya çıxdı. Bu, bir çox yeni iş yerlərinin yaranmasına səbəb olacaq. 10 ildən sonra məşğul olacağınız peşələrin çoxu bu gün hələ mövcud deyil. Mənim süni intellekt sahəsindəki indiki işim də 10 il əvvəl yox idi. O vaxt yalnız kiçik laboratoriyalar var idi ki, burada süni intellektlə eksperimentlər aparılırdı, amma bu, indiki qədər geniş miqyasda deyildi. İndi yeni peşələrin yaranması üçün təxminən 8 il lazımdır və zaman keçdikcə bu müddət qısalacaq", - o qeyd edib.

Öz növbəsində “Trendyol Group”un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İrem Çağrı Yılandil Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində qeyd edib ki, Azərbaycan “Trendyol Group”un investisiyalarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırdığı ikinci əsas bazar olub.

"Azərbaycan investisiyaların artırılması üçün bizim prioritet bazarımızdır. Biz bu addımı strateji cəhətdən mühüm hesab edirik, yerli mütəxəssislərin axtarışı və hazırlanmasına diqqət yetiririk ki, bu da bizim inkişafımızı dəstəkləyir. Elektron ticarət yalnız texnologiyaları və innovasiyaları deyil, eyni zamanda İT, verilənlər bazaları və digər sahələrdə mütəxəssisləri tələb edir", - o vurğulayıb.

Qeyd edək ki, "INMerge” İnnovasiya Sammiti "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilib. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.

Sammit öz işini baş vurub.

Xəbər lenti

Xəbər lenti