...

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

İqtisadiyyat Materials 3 Noyabr 2024 12:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Trend xəbər verir ki, bu sərgi Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi altında həyata keçirilir və xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etməyi hədəfləyir. Şanxay sərgisində 152 ölkə və beynəlxalq təşkilatdan təxminən 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısına daxil olan 297 şirkət yer alacaq. Sərgi zamanı yüzlərlə məhsul, texnologiya və xidmət ilk dəfə ictimaiyyətə təqdim olunacaq.

Azərbaycan, Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçısı olaraq, bu ilki sərgidə də təmsil olunacaq. Milli pavilyonda ixracyönümlü məhsullarımız nümayiş etdiriləcək. Sərgidə Azərbaycanın iqtisadi potensialı, turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində qazanılan nailiyyətlər, eləcə də ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri haqqında materiallar təqdim olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi, dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard ABŞ dolları dəyərində müqavilə və sazişlərin imzalandığı bildirilir.

Xəbər lenti

Xəbər lenti