...

Sosial sığorta haqları üzrə ödənişlər 10,6 faiz artıb

İqtisadiyyat Materials 9 Noyabr 2024 12:32 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 671,1 milyon manatdan çox olub.

Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur və ya 190,8 milyon manat çoxdur.

Məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 3,1 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 12,3 faiz artıb və 167 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artaraq 126,4 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb və 829,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artaraq 591,2 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti