Bakı. Trend:
"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) balansında olan 8 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi nəzərdə tutulur.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı hazırlığa başlanılıb.
Belə ki, ilkin olaraq layihələndirmə işləri həyata keçiriləcək. Daha sonra yenidənqurma işləri start götürəcək.
"Azəristiliktəchizat” ASC sözügedən işlərin icrasına 310,6 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.