Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 58,7 min ton inşaat üçün əhəng daşı istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 57,7 min ton və ya 2 dəfə azdır.
Belə ki, ötən ilin eyni dövründə ölkədə 116,4 min ton tikinti üçün əhəng daşı istehsal edilib.
Bununla yanaşı, cari ilin bəhs olunan dövründə Azərbaycanda 4,5 min ton əhəng istehsal edilib ki, bu da, illik müqayisədə 0,6 min ton və ya 15,4% çoxdur. 2024-cü ilin ilk iki ayında ölkədə 3,9 min ton əhəng istehsal edilib.
Qeyd edək ki, cari ilin mart ayının birinə ölkədə hazır əhəng ehtiyatlarının miqdarı 5,8 min ton olub.