Bakı. Trend:
Ölkəmizdə sahibkarlığın inkişafına davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan Bank Respublika, 25 Aprel – Sahibkarlar Günü münasibətilə hüquqi şəxslər və fərdi sahibkarlar üçün "Uğura sıfırla başla" – kampaniyasına start verib.
Belə ki, Bankın start verdiyi yeni kampaniya çərçivəsində 31 may 2025-ci il tarixinədək Bankda yeni hesab açan hüquqi şəxslər və fərdi sahibkarlar bir sıra bank məhsul və xidmətlərindən tamamilə PULSUZ yararlana biləcəklər:
Hesabin açılması – 0 AZN Əmək haqqı kartları (5 illik) – 0 AZN Biznes kart (1 illik) - 0 AZN Mobil POS-a qoşulma – 0 AZN AZN hesabından məxaric (limit daxilində) – 0 AZN
Bankın təqdim etdiyi biznes kart vasitəsilə iş adamları cari hesablarında toplanan vəsaitləri banka gəlmədən idarə etmək və biznes fəaliyyəti ilə bağlı vergi, gömrük, işçilərin ezamiyyə xərclərini və s. həyata keçirmək imkanı qazanacaqlar. Əmək haqqı layihələrindən yararlanmaqla, müəssisə rəhbərləri Bankın filiallarına gəlmədən, işçilərin əmək haqlarını bankın İnternet bankçılıq xidməti vasitəsilə hesablara köçürmə imkanı əldə edəcəklər. Mobil POS-terminalları quraşdırmaqla iş adamları ödənişləri çox əlverişli şərtlərlə nağdsız olaraq həyata keçirmək imkanı əldə edəcəklər.
Tələsin, bu fürsəti qaçırmayın, uğura gedən yolda ilk addımı Bank Respublika ilə atın!
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.