...

Azərbaycanın qeyri-neft məhsulları ixracı 7%-ə yaxın artıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 09:48 (UTC +04:00)
Azərbaycanın qeyri-neft məhsulları ixracı 7%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin on ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49,6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22,8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1,03 mlrd ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti