...

Dünya Bankı Xəzər dənizində biomüxtəlifliyin qorunması üzrə təşəbbüsün təsdiqlənəcəyi yeni tarixi açıqladı

İqtisadiyyat Materials 24 Yanvar 2026 09:45 (UTC +04:00)
Dünya Bankı Xəzər dənizində biomüxtəlifliyin qorunması üzrə təşəbbüsün təsdiqlənəcəyi yeni tarixi açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı “Xəzər dənizi ekosisteminin bərpası: çirklənmənin idarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsində potensialın yaradılması” adlı genişmiqyaslı ekoloji təşəbbüsün maliyyələşdirilməsinin təsdiqi üçün yeni tarix açıqlayıb.

Trend bu barədə banka istinadən xəbər verir.

Azərbaycan və Mərkəzi Asiyadan iki ölkənin iştirak etdiyi layihə çirklənməyə qarşı mübarizə və Xəzər dənizində biomüxtəlifliyin mühafizəsində regional əməkdaşlığın möhkəmləndirilməsinə hədəflənib. Dünya Bankının 25 mart 2026-cı ildə maliyyələşmə paketini təsdiqləyəcəyi gözlənilir, hərçənd müvafiq qərarın 25 fevral 2025-ci ildə qəbul olunacağı nəzərdə tutulurdu.

Qeyd edək ki, Qlobal Ekoloji Fond (GEF) Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) GEF-in icraedici agentlikləri qismində 11,743 120 ABŞ dolları məbləğində qrant maliyyələşməsi ayırır. Bu vəsait layihənin Azərbaycan, Qazaxıstan və Türkmənistanda həyata keçirilməsinə yönəldilib. Dünya Bankı İdarə Heyətinin təsdiqinə 8,243.120 ABŞ dolları məbləğində layihə təqdim edəcək. Layihənin icraedici agentliyi qismində BMT-nin Layihələrə Xidmət Ofisi (UNOPS) çıxış edəcək. Bundan əlavə, UNOPS müvafiq ekoloji və sosial standartlar (ESF) alətlərinin hazırlanması və üç iştirakçı ölkə ilə qarşılıqlı fəaliyyətin qurulması məqsədilə 183 489 ABŞ dolları məbləğində GEF-in hazırlıq qrantı (PPG) alacaq.

Layihənin məqsədi ölkələrə çirklənmənin idarə olunmasında və bioloji müxtəlifliyin qorunması üzrə tədbirlərin gücləndirilməsində dəstək göstərməkdir. Bu, Azərbaycan, Qazaxıstan və Türkmənistanın institusional potensialının artırılması hesabına təmin ediləcək. Təşəbbüs dövlətlərin Tehran Konvensiyası və müvafiq protokollar üzrə öhdəliklərinin icrasına dair mövcud səylərini tamamlayır.

Layihə üç komponentdən ibarətdir:

-Çirklənmənin idarə olunmasının gücləndirilməsi – 3,900,000 ABŞ dolları

- Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının gücləndirilməsi – 3,900,000 ABŞ dolları

-Layihənin idarə edilməsi – 443,120 ABŞ dolları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti