...

Ekspert: ""Vahid pəncərə"nin tətbiq edilməsi Azərbaycanda bisnesin xeyli dərəcədə inkişafına səbəb olacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2007 15:11 (UTC +04:00)
Ekspert: ""Vahid pəncərə"nin tətbiq edilməsi Azərbaycanda bisnesin xeyli dərəcədə inkişafına səbəb olacaq"

Azərbaycan, Bakı / Trend / Yanvar ayının 1-dən etibarən Azərbaycanda sahibkarlıq fəaliyyətinin "vahid pəncərə" prinsipi (biznesin vahid qeydiyyat orqanının yaradılması) tətbiq olunacaq. Bu proqramın tətbiqi çərçivəsində biznesin qeydiyyat müddəti 53-gündən 6 günə qədər, prosedurların sayı isə 15-dən 5-ə qədər azaldılacaq.

Sahibkar qeydiyyat orqanına üç-dörd sənəd təqdim etməklə kifayətlənəcək. Eləcə də sənədlərin elektron sistemlə təqdim edilməsi prosedurlarının həyata keçirilməsi planlaşdırılır. Nəticədə sahibkar hüquqi sənədləri əldə etmək məqsədilə Vergilər Nazirliyinə bir dəfə gəlməli olacaq, bunun üçün yalnız sahibkarın şəxsiyyətini təsdiq edən sənədin təqdim olunması tələb olunur.

"Vahid pəncərə" prinsipinin tətbiq edilməsi ölkədə biznes mühitinin gələcək inkişafına müsbət təsir göstərəcək, Azərbaycanın reytinqi bir neçə dəfə yüksələcək. Azərbaycan özəl sektoru uğurla formalaşdıran dövlətlərin sırasına qatılacaq. Artıq2008-ci ildə bu, Azərbaycanın sahibkarlıq fəaliyyətinin sərbəstliyinin qiymətləndirilməsinə müsbət təsir göstərə bilər.

2010-cu ildə Azərbaycanda kiçik sahibkarlığın sayı 2007-ci illə müqayisədə minimum 20% artacaq. Sistemin tətbiq edilməsi həm iqtisadi, həm də sosial əhəmiyyətə malik olacaq, işsizlik səviyyəsinin (hazırda 4 milyon iş qabiliyyətli əhalinin 7,7%-i işsizdir) azaldılmasının səmərəli mexanizminə çevriləcək.

Hazırda Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sayı 78 min təşkil edir. İlin əvvəlindən 4 minə yaxın hüquqi şəxs qeydiyyatdan keçib. Bu şəxslərin üçdə bir hissəsi topdansatış və pərakəndə tiacərət, avtomobillərin və avadanlığın təmiri ilə məşğuldur.

(Leyla Abdullayeva - Trend ın analitik mərkzəninin eksperti)

Xəbər lenti

Xəbər lenti