...

Bakıda sağlamlıq üçün təhlükəli Çin istehsalı olan uşaq oyunaqları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 18:32 (UTC +04:00)
Bakıda sağlamlıq üçün təhlükəli  Çin  istehsalı olan uşaq oyunaqları satışdan çıxarılıb

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yayılan məlumatında bidirilir ki, Bakıda orqanizm üçün təhlükəli hesab olunan uşaq oyuncaqları satışdan çıxarılıb. Satışdan çıxarılan oyuncaqlar, əsasən, Çində istehsal olunub.

Son zamanlar istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlara uşaq oyuncaqlarının keyfiyyəti, təhlükəsizliyi və satışı ilə bağlı şikayətlər daxil olur. Bu sahədə vəziyyətin araşdırılması məqsədilə, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak bazarına nəzarət üzrə Dövlət Xidməti Bakı şəhərində uşaq oyuncaqlarının satışı ilə məşğul olan ticarət obyektlərində monitorinqlər aparıb.

29 ticarət obyektində keçirilmiş monitorinqlər zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Belə ki, satışda olan uşaq oyuncaqlarına malın mənşəyi və qiymətini təsdiq edən qaimə və digər müşayiətedici sənədlərin olmadığı müəyyənləşdirilib.

Belə oyuncaqların satışı ilə məşğul olan ticarət obyektlərinə cərimələr tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti