...

İran Tehranın su tədarükündə keyfiyyəti artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2007 14:35 (UTC +04:00)
İran Tehranın su tədarükündə keyfiyyəti artırmaq niyyətindədir

İran, Tehran / " müxbir V.Şərifov/ Tehranın hakim dairələri sistemlərin modernləşdirilməsi və optik-tel kabelin çəkilməsi hesabına İran paytaxtında sərf olunan suyun həcm və keyfiyyətinə dair elektron informasiyanın ötürülmə sürətini yaxşılaşdırmağı planlaşdırır.

Tehranda Su İdarəsi Mərkəzi nümayəndələrinin jurnalistlərə bildirdiklərinə görə, belə bir layihənin dəyərinin 2008-ci ildə müəyyən olunması planlaşdırılır. Onlar bu layihənin həyata keçirilmə müddətini açıqlamayıblar. Su sərfinə dair informasiyanın ötürülmə sürətinin artırılması Tehranda daşqınlara qarşı dərhal reaksiya vermək və keyfiyyətsiz su axınının qarşısının alınmasına imkan yaradacaq.

20 milyona yaxın insanın yaşadığı Tehranda sərf ounan su həcmini və keyfiyyətini nəzərə alan 120 stansiya və real vaxt rejimi ilə elektron formada informasiya əldə edən bir mərkəz mövcuddur. Tehranın suya olan tələbatı saniyədə 29-39 kubmetr təşkil edir. Mərkəz nümayəndələri bildiriblər ki, son doqquz ay ərzində İran paytaxtının sakinlərinə 720 mln. kubmetr su tələb olunub.

Tehrana tədarük olunan suyun 70 faizi yerüstü mənbələrin, digər hşissəsi isə 400 artezian quyusunun vasitəsilə çıxarılan yeraltı suların payına düşür, Tehrana tədarük olunan suyun təmizlənməsi ilə beş qurğu məşğul olur.

2006-cı ilə olan məlumata görə, İran əhalisi 69 mln. nəfərdir. İranda suyun 92 faizdən çoxu kənd təsərrüfatı sahəsində istifadə olunur. Dünyada bu sahə üçün orta göstərici 70 faiz təşkil edir. İranda suyun yalnız faiz yarımı sənayedə istifadə olunur.

Suyun idarə olunması üçün İran bu işə 120-dən çox konstaltinq firması cəlb edib və 220 müqavilə əsasında iş aparır.

Xəbər lenti

Xəbər lenti