...

"Baki Sigorta" səhmlərin emissiyası prospektini qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni sığorta şirkəti "Baki Sigorta" -nın 500 min manat məbləğində sadə, adsız, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyatdan keçirib. Bu barədə Komitənin məlumatında bildirilir.

Bir səhmin nominal dəyəri 200 manat təşkil edir.

Oktyabr ayında Azərbaycanın iri banklarından olan "Bank Respublika" tərəfindən yaradılan "Baki Sigorta"ın Nizamnamə kapitalı 700 min manat təşkil edir.

"Baki Sigorta" Azərbaycanın sığorta bazarında "Tural Sigorta" şirkətini əvəz edib ki, sonuncu öz fəaliyyətinin son dövləri ərzində, maliyyə göstəriciləri ilə fərqlənməyib və nəticədə, bank tərəfindən alınıb.

Xəbər lenti

Xəbər lenti