...

Azərbaycanın iri lizinq şirkəti yeni təsisçilərin cəlb edilməsinə dair danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Azərbaycanın iri lizinq şirkətlərindən biri olan "AG Leasing" şirkətin bundan sonrakı inkişafını təmin etmək üçün yeni təsisçilər cəlb etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı şirkətin idarə heyətinin sədri Azər Məmmədov məlumat verib.

"AG Leasing" şirkəti gələcək inkişafı üçün beş illik fəaliyyət planı hazırlayır" - deyə Məmmədov bildirib.

Şirkət həmçinin gələcək inkişafı üçün əlavə vəsaitin cəlb olunmasına dair yerli və xarici banklarla danışıqlar aparır.

Məmmədovun sözlərinə görə, şirkətin planına lizinq bazarına avtolizinq, avtobus parkının yenidən təchiz edilməsi (hələki yalnız Bakıda), istehsalat və qida məhsulları sahəsində lizinq, tibbi lizinq, poliqrafiya sahəsində lizinq kimi yeniliklərin tətbiq edilməsi daxildir.

2005-ci ildən fəaliyyət göstərən "AG Leasing" ölkənin lizinq bazarının liderlərindən biri hesab olunur. Şirkətin kapital payının 30 faizi "AGBank" və "Hyperion", 25 faizi "Delta trans" və 15 faizi "Milio Ltd" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti