...

Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci il dekabrın 5 -də Bakı Fond Birjasında Milli Bankın 50100618S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 70 000 000 manat, hərraca çıxarılan həcm 65 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə birjanın çərşənbə günü yaydığı məlumatda bildirilib. 6 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 61 107 600 manat təşkil edib. Sifarişlər 98.92% (gəlirlik 13.55%) - 99.12% (gəlirlik 11.02%) qiymətində təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 98.98% (gəlirlik 12.79%) orta ölçülmüş qiymət - 99.05% (gəlirlik 11.91%) səviyyəsində Milli Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 61 107 600 manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 3 yanvar 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti