...

Dünya likvidlik böhranı Azərbaycan banklarının ipoteka kreditləri üçün xarici vəsaitlərin cəlb edilməsi şərtlərinə təsir göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın aparıcı özəl bankı "Bank Standard" 2008-ci ildə özünün "Mənzilim" kommersiya İpoteka Kreditləşməsi Proqramı çərçivəsində, ipoteka kreditlərinin verilməsi şərtlərinə yenidən baxılmasından imtina edib.

Bu barədə bu gün "Bank Standard"ın 2007-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında, bankın idarə heyəti sədrinin birinci müavini Cavid Quliyev məlumat verib.

Əvvəllər bank faiz dərəcəsinin azaldılması (hazırda ilik 18 faiz) mümkünlüyü və kreditlərin yerləşdirilməsi müddətinin hazırki 5 ildən 10 ilədək artırılması haqqında bəyanat verib.

Quliyev bu planların təxirə salınmasını dünya likvidlik böhranı nəticələri ilə əlaqələndirib. Bu böhran nəticəsində, investorlar inkişafda olan ölkələr, o cümlədən Azərbaycana uzun müddətə sərmayə yatırmaqdan imtina edirlər.

"Onlar krediti iki-üç il müddətinə verirlər. Bu səbəbdən, "Bank Standard" bazarın stabilləşməsini gözləmək niyyətindədir. Biz investorlarla danışıqlar apardıq və bu nəticəyə gəldik ki, hətta ucuz kreditlərə şərait yaradacaq ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin azaldılması ilə bağlı da ipotekaya "uzun" pullar cəlb edə bilməyəcəyik", - o bildirib.

Onun sözlərinə görə, inkişafda olan ölkələrin borc götürən banklarının hamısı bu vəziyyətdədir. İpoteka kreditinin əvvəlki şərtlərinin saxlanılmasını hesaba alaraq, "Bank Standard" hesab edir ki, bu ilin sonunadək ipoteka portfelinin genişlənməsi müştərilərin maraqlarından asılı olacaq. Çünki ödəmələrin həyata keçirilməsi üçün beş ilədək şərtlər kifayət qədər sərtdir.

"Bank Standard" Azərbaycan İpoteka Fondunun agentidir. Fondun xətti ilə 2006-cı ildə 668 476 manat dəyərində 34 ipoteka krediti verilib. 2006-cı ildə bankın şəxsi proqramı ilə 428 160 AZN dəyərində 17 ipoteka krediti verib. "Bank Standard", AİF-in səlahiyyətli agenti olduğu vaxtdan, 8,7 mln. manat dəyərində 236 razılaşma imzalayıb. 2007-ci ilin yekununa əsasən, "Mənzilim" layihəsi üzrə 1 mln. manatlıq razılaşmalar imzalanıb.

Birinci rüb ərzində bank "İpoteka" filialı - ixtisaslaşdırılmış ipoteka mərkəzi açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti