...

Sığortaçılar könüllü tibbi sığortalanmanın aktiv inkişafını gözləyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / " müxbir Ü.İsmayılova / Fevralın 1-dən Azərbaycanın dövlət tibb müəssisələrində pulsuz tibbi xidmətin tətbiq edilməsi könüllü tibbi sığortalanmanın inkişafı üçün əlavə stimul olacaq, -- şənbə günü iri sığorta şirkətlərindən biri olan MBASK-ın İdarə Heyətinin sədi Cəmil Məlikov deyib.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin yanvarın 17-də imzaladığı sərəncama əsasən, fevralın 1-dən dövlət büdcəsindən maliyyələşən bütün müalicə-profilaktika müəssisələrri əhaliyə pulsuz tibbi xidmət göstərəcək.

"Pulsuz tibbi xidməti könüllü tibbi sığortalanma ilə müqayisə etmək düzgün deyil", - Məlikov deyib.

Məlikovun fikrincə, dövlət tibb müəssisələri, ildə 350-400 manat (orta hesabla $450) təşkil edən könüllü tibbi sığortalanmadan fərqli olaraq, geniş xidmət sahəsinə malik deyil.

Sığorta üzrə müstəqil ekspertin fikrincə, pulsuz xidmətə keçid dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrini, sığora şirkətləri ilə tibbi sığorta haqqında müqavilələrin bağlanması hüququndan məhrum edir. Bu da könüllü tibbi sığortanın azalmasına səbəb olacaq.

"Dövlət tibb müəssisələri, özəl tibb müəssisələrinin təqdim etdiyi xidməti göstərə bilməz, bunları müqayisə etmək olmaz", - ekspert bilidrib.

Məsələn, dövlət tibb müəssisələrində USM xidmətinin qiyməti .orta hesabla, 4-6 manatdır, özəl klinikalarda isə - təxminən 20 manat.

Azərbaycanda minimal əmək haqqı 60 manat, orta aylıq əmək haqqı - 214 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti