...

Bakıda daşınmaz əmlakın yanvar ayı üzrə qiymətləri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2008 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir U.İsmayılova/ Bakıda yanvar ayında mənzilin orta qiyməti 106283 dollar təşkil edib. Bu barədə "Əmlak bazarı iştirakçıları" İctimai Birliyndən məlumat verilib. Yanvar ayında daşınmaz əmlakın bir kvadrat metrinin orta qiyməti 1515 dollar, bir otağın qiyməti isə 41195 dollar təşkil edib.

Yanvar ayında daşınmaz əmlak portfelinin böyük hissəsini Bakının Yasamal rayonunda yerləşən evlər təşkil edib ki, bu da paytaxtın daşınmaz əmlak bazarının ümumi portfelinin 21,7 faizini təşkil edib.

Həmçinin yanvarda təkliflər portfelinin 30 faizdən çoxunu qiyməti 80 min dollardan 100 min dollara qədər olan evlər təşkil edib. Bazar portfelində üçotaqlı evlərin payı 37,6 faiz, ikiotaqlı evlərin payı isə 34,3 faiz təşkil edib.

Bakı rayonları üzrə daşınmaz əmlakın bir kvadrat metrinin dəyəri bu formadadır:

Bakının rayonları Qiymət kvadrat metr üçün dollarla göztərilib Ay ərzində artım faizlə
Əzizbəyov 1006 10,5
Binəqədi 1387 2,9
Qaradağ 1326 1,1
Yasamal 1610 6,6
Nizami 1423 6,6
Nərimanov 1633 4,8
Nəsimi 1681 5,7
Sabunçu 1319 3,6
Suraxanı 1114 4,6
Səbail 2230 3,5
Xətai 1225 -2,6
Xəbər lenti

Xəbər lenti