...

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi Azərbaycanın kənd təsərrüfatında rəqabət qabiliyyəti üzrə proqramın tamamlanması barədə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , S.Babayeva/ ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (United States Agency for International Development - USAİD) Azərbaycanın kənd təsərrüfatında rəqabət qabiliyyəti üzrə proqramın tamamlanması barədə elan edib. Agentliyin Azərbaycandakı əlaqələndiricisi Skott Teylorun məlumatına görə, 2003-cü ilin oktyabrında fəaliyyətə başlayan proqram 127 orta və kiçik müəssisələrlə birgə iş aparıb ki, bunun sayəsində məhsul satışı təxminən 120 mln. dollara qədər artıb, sərmayələr təxminən 25 mln. dollar təşkil edib və 4 mindən artıq iş yeri açılıb.

Proqram çərçivəsində Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq həyata keçirilib və "quş qripi" ilə mübarizə çərçivəsində zona laboratoriyalarında çoxsaylı treninqlər aparılıb.

Proqram yerli idxal satışlarının yaxşılaşdırılmasına, birbaşa xarici sərmayələrin artmasına dəstək olub.

Proqram çərçivəsində marketinq sahəsinə, İSO/HACCP standartları üzrə sertifikasiyalara, elektron mühasibat və inventar sistemlərə, strateji fəaliyyət planına, gəlirli biznes-planların tərtibinə, meyvə şirələri, qoz, ət və quşçuluq məhsulları, tərəvəz kompotları, içkilər, tomat pastası, süd məhsulları, xalça və ağac məhsullarının istehsalı ilə məşğul olan kənd təsərrüfatı müəssisələrinə texniki yardım göstərilib.

Hazırda USAİD Azərbaycana cəmi 284 mln. dollar vəsait qoyub.

Xəbər lenti

Xəbər lenti