...

Bavariya biznesmenləri Azərbaycanda fəaliyyətlərini genişləndirmək istəyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan hökuməti Bavariya iş adamlarını ölkənin qeyri-neft sektorunun inkişafında iştirak etməyə dəvət edir. Bu barədə cümə axşamı Azərbaycan-Bavariya iqtisadi biznes-forumunun gedişində Azərbaycanın İqtisadi İnkişaf nazirliyinin sahibkarlığın inkişafı şöbəsinin rəhbəri Samir Nuriyev məlumat verib.

"Bu gün keçirilən biznes-forum Almaniya regionlarında da Azərbaycan iqtisadiyyatının inkişaf edən sahələrində iştiraka maraq yarandığından xəbər verir", - Nuriyev bildibir.

Forumda maşınqayırma, metal istehsalı, tikinti, turizm, konsaltinq sahələrindən 50 bavariyalı biznesmen iştirak edib.

Nuriyevin sözlərinə görə, iş adamları tanışlıq və biznesin genişləndirilməsi üçün mayın 17-dək rəsmi qurumlar və yerli iş adamları ilə görüşlər keçirəcəklər.

"Azərbaycan hökuməti, əsasən, bavariyalı iş adamlarını infrastruktur və innovasiyaların inkişaf sahələrində iştiraka cəlb etmək niyyətindədir", - Nuriyev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti