...

İran qərb şirkətlərinin "Cənubi Pars" layihəsindən çıxmasından zərər çəkəcək – italiyalı ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2008 13:11 (UTC +04:00)
İran qərb şirkətlərinin "Cənubi Pars" layihəsindən çıxmasından zərər çəkəcək – italiyalı ekspert

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir A.Bədəlova, D.Xatınoğlu/ İran beynəlxalq neft şirkətlərinin "Cənubi Pars" qaz yatağının işlənməsindən imtina etməsi nəticəsində zərər çəkəcək. Bu barədə İtaliyanın "Bruno Leoni" İnstitutunun əməkdaşı Karlo Staqnaro (Carlo Stagnaro) hesab edir.

"Royal Dutch Shell" ingilis-holland neft şirkəti və İspaniyanın "Repsol" şirkəti Fars körfəzi şelfində "Cənubi Pars"ın işlənməsində iştirakdan imtina edib. Şirkətlər "Cənubi Pars" layihəsinin işlənməsi üzrə 13 və 14-cü fazalarda bilavasitə iştirak etməli idilər. "Shell" texniki məsləhətçi qismində iştirak edə biləcəyini bəyan edib və yatağın mənimsənilməsi üzrə sonrakı fazalarda iştirak etməyi nəzərdə tutur. "Shell" və "Repsol"un layihədən çıxmasına səbəb artan kapital xərcləri olub. Lakin "Financial Times"ın yazdığına görə, Avropa şirkətlərinin İranda işləməkdən imtina etməsi Tehranın uranın zənginləşdirilməsini dayandırmaq istəməməsi və İrana mümkün yeni təsir tədbirləri ilə əlaqədardır.

" "Shell" və "Repsol" səmərəli və yaxşı idarə olunan şirkətlərdir və "Cənubi Pars" yatağına dair əhəmiyyətli bilgilərə malikdir. Bundan əlavə bu kimi beynəlxalq şirkətlər nou-xau və ehtiyyatların işlənmə texnologiyaları ilə yaxşı təchiz olunur", - deyə Staqnaro Trend a bildirib.

İtaliyalı ekspert hesab edir ki, gedən şirkətlərin yerini tutacaq ölkənin milli şirkətləri beynəlxalq şirkətləri əvəz edlə bilməyəcək.

İranın Neft Nazirliyinin bəyanatına görə, Rusiyanın "Qazprom", Çinin "Sinopec" və Hindistanın Milli Neft Şirkəti qərb şirkətlərinin müqavilənin imzalanma prosesini yubadacağı təqdirdə onların yerini tutmağa hazır olduqlarını bildiriblər.

"Əlbəttə, yataq tezliklə yeni operator tapacaq. Rusiyanın "Qazprom" inhisarı, "Sinopec" və Hindisnanın milli şirkəti layihəyə daxil olmalarını gözləyirlər. Lakin mən onların qərb şirkətləri kimi səmərəli ola biləcəklərinə əmin deyiləm", - deyə Staqnaro bildirib.

Ekspert bildirib ki, İran dünya sisteminə nə qədər az inteqrasiya edərsə, o qədər də qərb ilə siyasi məsəfəsi olacaq.

"Qərb onları dünya bazarından sıxışdırıb çıxardıqca, onlar da anitqərb səylərini gücləndirirlər. Mən bu oyunda uzunmüddətli fayda görmürəm", - deyə o bildirib.

Tehran Universitetinin iqtisadi elmlər eksperti Bijan Bidabad hesab edir ki, "Shell" şirkətinin "Cənubi Pars" layihəsindən çıxması İran üçün böyük itgi olmayacaq.

"Layihə 40 faiz reallaşdırılıb. Hər il layihənin hər bir fazasına 2 mlrd. dollar həcmində investisiya yatırılır. "Shell"də olan praktika daha heç bir yerdə yoxdur. Bu şirkət layihədə öz müəyyən olunan fəaliyyətini yerinə yetirir. Onun çıxışı layihənin reallaşdırılması üzrə işləri bir az ləngidəcək", - deyə Bidabad bildirib.

İran ekspertinin sözlərinə görə, "Shell" və "Repsol"un yerini digər şirkətlər tuta bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti