...

Azərbaycanda beş ay ərzində sənaye istehsalının həcmi təxminən 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2008 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir U.İsmayılova / Yanvar-may aylarında Azərbaycanda sənaye istehsalının həcmi 12288,5 mln. manat təşkil edib, bu da 2007-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 13,6 faiz çoxdur. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən bildirilib.

Bu dövr ərzində neft sektorunda istehsal həcmi 12,9 faiz, qeyri-neft sektorunda isə 16,5 faiz təşkil edib. Neft hasilatında istehsal həcminin artımı 13,4 faiz, qaz hasilatında - 77,9 faiz, maşın və avadanlıq istehsalında - 2,4 faiz, qida sənayesi istehsalında- 12 faiz, kimya istehsalında - 69,7 faiz, metallurgiya və hazır metallurgiya məmulatları istehsalında - 44,8 faiz təşkil edib.

Hesabat dövrü ərzində rezin və plastmas kütləsinin istehsalında 77,7 faiz, maşın və avadanlıq istehsalında - 2,4 faiz, nəqliyyat vasitələri və avadanlıq istehsalında - 84,9 faiz, elektrik, optik və elektron avadanlığı istehsalında - 22,4 faiz, ağac məmulatları və ağac emalı istehsalında - 1,3 faiz artım müşahidə olunub.

Yanvar-may aylarında qeyri-dövlət sektorunun payı ümumi sənaye istehsalının 81,5 faiz ini (10 mlrd. manat) təşkil edib. Qeyri-dövlət sektorunda artım 5,6 faiz səviyyəsində olub.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: cap

Xəbər lenti

Xəbər lenti