...

"Honda"nın Azərbaycanda yeni ticarət və servis mərkəzi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2008 20:52 (UTC +04:00)
"Honda"nın Azərbaycanda yeni ticarət və servis mərkəzi açılıb

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir E.İsmayılov/ Cari ilin sonunadək "YenimotoR" MMC Azərbaycanda 515 "Honda" markalı avtomobil satmağı planlaşdırır. Bu barədə cümə günü Azərbaycanda "Honda"nın yeni ticarət və servis mərkəzinin açılış mərasimində "YenimotoR"un direktoru Elçin Əsədov bildirib. "YenimotoR" "Honda Motors Co"nun Azərbaycanda yeganə və rəsmi distribütorudur.

"YenimotoR" yeni şirkətdir və "Honda Motors Co" ilə müqavilənin imzalanmasından sonra yaradılıb. Şirkətin təsisçisi "Baku investment kompani" şirkətidir. Bu layihəyə kapital yatırımı təqribən 20 mln. manat təşkil edir.

Əsədov bildirib ki, cümə günü Bakıda açılan yeni mərkəzdə təxminən 60 nəfər işləyir. Mərkəz 9 min kvadrat metr sahəni əhatə edir. Servis mərkəzində 30 avtomobil eyni zamanda texniki xidmətdən keçə bilər. "Bizim vəzifəmiz, olduqca qısa vaxtda diler şəbəkəsi yaratmaqdan ibarətdir. Gələn ilin sonunadək bütün bölgələrdə diler mərkəzi yaratmağı planlaşdırırıq", - deyə Əsədov bildirib. Onun sözəlrinə görə, ilin sonunadək Gəncədə, növbəti ildə isə, Lənkəran və Qubada "Honda" mərkəzinin açılması planlaşdırılır.

"Honda" mərkəzi "Civic", "Accord" və "CR-V" modellərinin satışını həyata keçirir. "İlin sonuna qədər "Pilot", bir qədər sonra isə, "Jazz" modellərinin satışına başlanacaq", - deyə Əsədov bildirib. Maşınların qiyməti 19500 manat ilə 30600 manat aralığında dəyişir.

"Yaxın vaxtlarda biz "Honda" motosikllərinin satışını və bu motosikllər üzrə xidmət göstərməyi planlaşdırırıq", - deyə Əsədov bildirib.

"Honda" şirkəti Azərbaycanda əsas ümidini "Accord" modelinə bağlayır. "Mən hesab edirəm ki, məhz bu model mühümdür", - deyə bu gün Bakıda "Honda"nın Azərbaycanda yeni ticarət və servis mərkəzinin asılışında "Honda Motors Co"nun Yaxın Şərq və Afrikada satış üzrə meneceri Matsaxiro Matsuşito bildirib.

"Azərbaycanda satılacaq modellər yanacağa qənaət etibarı ilə sərfəlidir", - deyə Matsuşito qeyd edib. Azərbaycanda açılan yeni mərkəz Yaxın Şərq, Afrika və Avropa qitəsində ən yaxşı mərkəzlərdən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti