...

Unileasing şirkəti "Avtolizinq" layihəsinin inkişafına 5 milyon dollar sərmayə qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/ Trend / "Lizinq şirkəti" QSC-nin qoyduğu sərmayələr sayəsində, "Unileasing" şirkəti "Avtolizinq" layihəsi çərçivəsində yeni xidmət növlərini həyata keçirməyi planlaşdırır. Yenilik şirkətin internet-resursu (www.unileasing.az) çərçivəsində on-line xidmətlərinin təkmilləşdirilməsi sahəsində və minik avtomobillərinin lizinqi üzrə yeni layihələrin tətbiqi ilə bağlıdır.

Cəlbedici şərtlər "Avtolizinq" layihəsi çərçivəsində $5.5 milyon dəyərində minik avtomobilini maliyyələşdirməyə imkan verib. Lizinqin şərtlərinə əsasən,  respublikanın hər bir vətəndaşı avtomobilin dəyərinin 10 faizini ilkin ödəniş etməklə, onu 60 ay müddətinə lizinqlə ala bilər.

"Avtolizinq" layihəsi çərçivəsində, şirkətin internet saytının lizinq hesablayıcısı vasitəsilə seçilmiş avtomobilin aylıq ödənişini etmək və  şirkətin mütəxəssisindən on-line məsləhətləri almaq olar.

Xəbər lenti

Xəbər lenti