Azərbaycan, Bakı, 24 iyul/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın Lənkəran regionunda torpaq bazarı 70 faiz bahalaşıb. Bu barədə cümə axşamı Elnur yerli rieltor şirkətindən məlumat veriblər.
Şirkətdən bildiriblər ki, torpağın qiymətinin belə yüksək artmasının əsas səbəbi satışa çıxarılan torpaq sahələrinin azalması, həmçinin, yeni binaların, ticarət mərkəzlərinin və digər obyektlərin tikintisi üçün nəzərdə tutulan torpaqlara tələbatın artması ilə əlaqədardır.
Hazırda Lənkəranın mərkəzində bir ar torpaq sahəsinin qiyməti $40 minədən $50 minədək, regionun kənar kənd və qəsəbələrində $10 mindən 15 minədəkdir.
Regionun torpaq bazarına qiymətlərin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, illin əvvəli ilə müqayisədə, mənzillərin qiyməti 10-15 faiz azalıb.
Şəhərin mərkəzində birotaqlı mənzilin qiyməti $40 mindən 50 minədək, ikiotaqlı - $50 mindən $70 minədək, dörd və beşotaqlı mənzillərin qiyməti isə $75 mindən 85 minədək dəyişir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]