...

Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2008 18:35 (UTC +04:00)
Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib

Azərbaycan, Bakı, 07 avqust/ Trend , müxbir A.Bədəlova/ Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı keçirilən iclasında uçot dərəcəsini, dəyişiklik edilmədən, 4,25 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib.

Bankın rəhbəri Jan-Klod Trişe AMB-nin iclasının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, ortamüddətli perspektivdə qiymət sabitliyinin dəstəklənməsi Mərkəzi Bankın birinci dərəcəli vəzifəsidir.

"Biz ortamüddətli və uzunmüddətli inflyasiya gözləmələrini qiymət sabitliyinə müvafiq, möhkəm nəzarət altında saxlamaq niyyətindədyik", - Trişe bildirib.

Onun sözlərinə görə, bu, dayanıqlı artım templəri və məşğulluq səviyyəsini dəstəkləyəcək.

AMB iyul iclasında inflyasiya ilə mübarizə məqsədilə, 2007-ci ildən bəri ilk dəfə olaraq faiz dərəcəsini 0,25 faiz bəndi qaldırıb. Bankın məqsədli inflyasiya səviyyəsi 2 faizdir.

Trişenin bildirdiyinə görə, son iqtisadi məlumatlar 2008 - ci ilin ortalarında ÜDM-in real artımının zəifləməsini göstərir.

"Cari kredit-pul siyasəti bizim məqsədə çatmağımıza yardım edəcək", - Trişe bildirib.

"Eurostat" statistika bürosunun ilkin məlumatlarına əsasən, 2008 - ci ilin iyulunda Avrozonaya daxil olan 15 ölkədə inflyasiya yeni tarixi maksimuma - illik hesablamada 4,1 faizə çatıb. Cari ilin iyununda istehlak qiymətləri artımı mayda 3,7 faizə qarşı 4 faiz təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti