...

Bakıda "Milli Sərgi – 2008" keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı "Milli Sərgi - 2008"in açılışında iştirak edib.

Azərbaycanın Ticarə t- Sənaye Palatasının təşkil etdiyi sərgidə, 11 - i dövlət şirkəti olmaqla, 185 yerli şirkət təmsil olunur.

Ekspozisiyada Kənd Təsərrüfatı, Vergilər, Səhiyyə, Rabitə və Telekommunikasiya, Ekologiya və Təbii Sərvlətlər nazirlikləri də iştirak edir. "Milli Sərgi - 2008"də Azərbaycan Dövlət Neft Şirkətinin, milli aviasiya, energetika, tikinti komplekslərinin stendləri, həmçinin, respublikanın bir neçə iqtisadi zonasının pavilyonları təqdim olunub.

Sərgi sentyabrın 6 - dək davam edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan cap

Xəbər lenti

Xəbər lenti