Azərbaycan, Bakı, 05 sentyabr/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, sentyabrın 5-də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8146 AZN AZN təşkil edib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında deyilir.
BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8137 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 814 600 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən 0,0009 bənd düşüb və 0,8146 AZN təşkil edib.
BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2974610 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8146 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $4650000 və ya 3789210 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1162500 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,07%, ABŞ dolları üzrə isə, illik 16,93% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.