...

United Credit Bank-ın yanvar-avqust ərzində cəlb etdiyi əmanətlərin həcmi 52,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 02:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr/ Trend / United Credit Bank-ın avqust ərzində fiziki şəxslərdən cəlb etdiyi əmanətlərin həcmi 19 faiz artıb və 2008-ci il sentyabrın 1-ə olan vəziyyətə görə, 5,44 mln. manat təşkil edib. Cari ilin səkkiz ayı ərzində bu göstərici üzrə artım 52,4 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 141,7 faiz olub.

Sentyabrın 1-ə olan vəziyyətə görə, bankın depozit portfelinin ümumi həcmi 7,21 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin eyni dövrünün göstəricisindən 70,5 faiz çoxdur. Bankın cəlb etdiyi müddətli depozitlərin həcmi cari ilin 8 ayı ərzində 40,5 faiz, yalnız avqust ayı ərzində isə 18,2 faiz artaraq, hesabat dövrünün sonuna 6,35 mln. manat olub. Müddətli depozitlərin illik artımı 94,1% təşkil edib.

Bankın müştərilərə təqdim etdiyi kreditlərin həcmi ötən ilin əvvəli ilə müqayisədə 24,9 faiz artaraq, hesabat dövrünün sonuna 22,88 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün müvafiq göstəricisindən 48,4 faiz çoxdur. 2008-ci il sentyabrın 1-ə olan vəziyyətə görə, bankın təqdim etdiyi istehlak kreditlərinin həcmi 9,65 mln. manat olub. Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə bank tərəfindən təqdim edilmiş istehlak kreditlərinin həcmi 22,9% çoxdur. Kreditin bu növü üzrə artım, əsasən avtomobil kreditləri hesabına baş verib.

United Credit Bank-ın aktivlərinin ümumi həcmi 2008-ci ilin səkkiz ayı ərzində 35,2 faiz artaraq, 01.09.2008-ci il tarixinə 32,19 mln. manat olub. Bu nəticə 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 71,6 faiz çoxdur.

Bankın məcmu kapitalı son bir ildə 24,1 faiz artaraq, hesabat dövrünün sonuna 13,56 mln. manat təşkil edib, nizamnamə kapitalının həcmi isə 12,108 mln. manat səviyyəsində qalıb.

2008-ci il sentyabrın 1-ə olan vəziyyətə görə, bankın ümumi gəlirləri 3,10 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 48,1 faiz çoxdur. Ötən ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə bankın faiz gəlirləri 47,3 faiz, qeyri-faiz gəlirləri isə 53,8 faiz artıb. Hesabat dövrünün sonuna bankın vergi ödənilənədək mənfəəti 172,62 min. manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın aktivlərinin gəlirliyi 0,83%, kapitalının gəlirliyi isə 1,32% olub.

їYunayted Kredit Bankї ASC 1996-cı ildən fəaliyyət göstərir. Bank mərkəzi ofisi və 5 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Bank Bakı Fond Birjasının təsisçilərindən biri, SWIFT, Bakı Banklararası Valyuta Birjasının üzvü və Mütəşəkkil Banklararası Kredit Bazarının fəal iştirakçısıdır. їYunayted Kredit Bankї ASC dünyanın aparıcı bankları ilə sıx əlaqələrə malikdir. Bankın Avstriya, Belçika, Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan kimi ölkələrin aparıcı banklarında müxbir hesabları var. Rusiya Federasiyasının ən böyük banklarından olan їRusiya Əmanət Bankıї ilə birbaşa müxbir münasibətlərin olması bankın korporativ müştərilərinə Rusiya Federasiyasında fəaliyyət göstərən tərəfdaşları ilə real vaxt rejimində işləməyə imkan verir.

Bank müştərilərinə Western Union, Express, Migom, Privat Money kimi beynəlxalq pul köçürmə sistemlərinin xidmətlərini təklif edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti