Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir S.Babayeva/ Cari ildə birinci milli tibb şirkəti assistans MediClub-ın 10 yaşı tamam olur. Bu dövr ərzində MediClub-ın klinikaları Azərbaycanın və digər dövlətlərin vətəndaşlarının 1,8 milyondan çox müraciətini qeydə alıblar, - şirkətdən bildiriblər. Bu dövr ərzində şirkət 9 mindən çox cərrahi müdaxilə həyata keçirib.
MediClub-ın briqadaları fəaliyyət göstərdikləri dövr ərzində hava nəqliyyatı ilə (vertloyot, təyyarə, reaktiv aviasiya və ixtisaslaşdırılmış tibbi hava nəqliyyatı) ağır xəstələrin 800-dən çox tibbi təxliyəsini yerinə yetiriblər. Bununla yanaşı, bu işlərin coğrafiyası, Şimali və Cənubi Amerika, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, Finlandiya da daxil olmaqla, Avropa, bir sıra MDB ölkələri, Türkiyə və Yaxın Şərqi əhatə edir. Bu gün MediClub-ın Azərbaycanda 16, Gürcüstanda yeddi klinikası var.
Şirkətin rəhbəri Sabir Adnayevin sözlərinə görə, "birinci kommersiya tibb mərkəzinin yaradılması fikri 1991-ci ildə yaranıb. Məhz bu dövrdə Maliyyə Nazirliyindən 1 saylı lisenziya alan ilk özəl sığorta şirkəti təşkil edilib. Struktur, ilk növbədə, tibbi sığortanın tətbiqi üçün yaradılıb. İlk tibb mərkəzinin yaradılması ölkə vətəndaşlarını keyfiyyətli tibbi yardımla təmin etmək fikri ilə bağlı olub".
Şirkətin strategiyası əməkdaşların ixtisasının fasiləsiz artırılması və yeni texnologiyaların tətbiqi hesabına xidmət keyfiyyətinin və onun spektrinin genişləndirilməsindən ibarətdir.
Bu gün MediClub Azərbaycan və Gürcüstan ərazisində, Xəzərdən Qara dənizədək, aparıcı neft və əməliyyat şirkətləri üçün tibbi yardımın təşkili və göstərilməsi üzrə başlıca subkontraktor qismində işləyir.
Tibbi dəstəyə təcili və təxirəsalınmaz, poliklinik, stasionar yardım, sənaye tibbi və tibbi təxliyə daxildir. 1999 - cu ildən başlayaraq, MediClub həm Azərbaycan, həm də Gürcüstanda tibbi yardımın göstərilməsinə dair elan edilmiş bütün tenderlərin qalibi olub. 100 - dən çox şirkət MediClub-ın tibbi xidmətlərindən istifadə edir.
MediClub-ın keyfiyyətin idarə edilməsi sistemi beynəlxalq ISO 9001 və OHSAS 18001 standartları əsasında sertifikatlaşdırılıb. Şirkət Britaniyanın LabCred şirkətində laborator servisin beynəlxalq akkreditləşməsinə dair daimi auditdən də keçir.
Son səkkiz il ərzində tibbi personalın peşəkar məsuliyyətinin sığortası fasiləsiz keçirilir və tibbi fəallığın bütün növlərini əhatə edir, tələblərə cavab verir.
Bu gün Azərbaycanda MediClub-ın personalı 350 nəfərdən çoxdur; 61 ümumi praktika həkimi (terapevt və pediatrlar), 99 ixtisaslaşmış feldşer və 88 cəlb edilən məsləhətçi-mütəxəssislər..
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]